Millimizin Qazaxıstanla oyununun vaxtı və yeri açıqlandı

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində oktyabrın 11-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb.

Newsport.az xəbər verir ki, görüş Astana şəhərindəki “Jekpe-Jek” Arenada keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurgusunda bir neçə növ üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right