Azərbaycan çempionatında iştirak edəcək futzal klublarının adları açıqlanıb

2023/2024 mövsümündə futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların siyahısı açıqlanıb.

Newsport.az-ın Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, İcraiyyə Komitəsinin qərarı ilə yarışda 6 kollektiv mübarizə aparacaq.

“Araz-Naxçıvan”, “Neftçi”, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club” çempionluq uğrunda yarışacaqlar. Dairəvi sistemlə keçiriləcək turnir 4 dövrədən ibarət olacaq.

Mövsümə sentyabrın 26-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right