Futzal: Birinci Liqada 12 komanda iştirak edəcək

Futzal üzrə Birinci Liqanın 2023/2024 mövsümündə iştirak edəcək komandaların adları və sayı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, turnirdə 12 komanda qalib adı uğrunda yarışacaq.

Bunlar “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa” və “Bakı”dır.

Çempionat iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Mövsümə oktyabr ayında start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right