"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirib.

Newsport.az xəbər verir ki, təmsilçimiz meydan sahibi “Riqa” ilə qarşılaşıb. İlk iki oyunu cəzalı olduğuna görə buraxan Felipinyo bu dəfə komandamıza kömək edib.

Fasiləyə minimalhesablı üstünlüklə yollanan rəqib ikinci hissədə daha çox qol vurub və cütün qalibi olub. Bu qələbə “Riqa”nı qrup qalibi etdisə, məğlubiyyət təmsilçimizi mübarizədən kənarlaşdırdı.

“Riqa” (Latviya) – “Araz-Naxçıvan” (3:2) 8:3

UEFA Çempionlar Liqası. İlkin mərhələ

26 avqust. Salaspils İdman Arenası. Saat 18:00

Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Martina Piccolo (İtaliya), Georgios Kozakos (Kipr)

Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Qollar: Kuzmin, 2:30, Thalles, 10:24, Serjinyo, 18:26, 27:12, Strazdinş, 24:38, Rikardinyo, 30:05, 39:57, Labuts, 32:54 // Amadeu, 14:17, 15:05, Katatau, 33:51





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right