Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Futzal üzrə dünya çempionatının seçmə qrup mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan seçməsi olub.

Qarşılaşma Azərbaycan komandasının 5:6 hesablı məğlubiyyəti ilə bitib. Yığmanın qollarını De Angelis Conatan, Rafael Vilela (3) və qapıçı Emin Kürdov vurub.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün eyni rəqibə 3:5 hesabı ilə uduzub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah