"Qarabağ" - "Arsenal": Biletlər satışa çıxarılır

“Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 4-də İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.

Newsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-di.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop (Park Bulvar)

İticket kassaları

Sumqayıt şəhəri (ASAN Xidmət)

28 Mall

Gənclik Mall

Qeyd: Stadionun qapıları oyundan 3 saat öncə açılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right