Qurban Qurbanovun Miçellə bağlı planı: "Sportinq"ə qarşı oynayacaq?

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Sportinq"in qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun heyətində ispan yarımmüdafiəçi Miçel 2 gündür komanda ilə birgə məşqlərə start verib. Lakin onunla bağlı müəmma var. 32 yaşlı yarımmüdafiəçinin start heyətdə meydana çıxacağı sual altındadır. Ola bilər ki, Miçel meydana sonradan daxil olsun.

Lissabon təmsilçisinə qarşı "Qarabağ"dan Simeon Slavçevlə Dani Kintana oynamayacaq.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrın 20-də Bakı vaxtı ilə 23-00-da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right