"Qarabağ" riskə gedirdi, amma biz yaxşı müdafiə olunduq"

"Rakuv"un kapitanı Zoran Arseniç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la Bakıda keçirilən heç-heçəni (1:1, ilk oyun - 3:2) şərh edib.

Newsport.az-ın məlumatına görə, "SportoweFakty" portalına danışan xorvatiyalı cavab görüşünün çətinliyindən söz açıb:

"Düşünürəm ki, ilk oyunda yaxşı müdafiə olunduq. Müdafiədən hücuma keçid mərhələlərində problemlər yaşayırdıq və bunu aradan qaldırmağa çalışdıq. “Qarabağ” kimi komanda ilə belə şeylərdən qaçmaq çətindir. Diqqətli idik və rəqibə çoxlu qol imkanları yaratmağa imkan vermədik. "Qarabağ" tez-tez hücum edirdi, riskə gedirdi, amma biz yaxşı müdafiə olunduq. Bu qarşıdurmada çox çətin oldu, çünki “Qarabağ” aqressiv komandadır. O cür havada isə 90 dəqiqənin hamısını eyni tepmdə saxlamaq çətin idi. Mən bütün komanda ilə və hətta oyuna çıxmayanlarla fəxr edirəm. Çünki onlar da bizi dəstəklədilər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right