David Şvarqa: "Komandam çox gözəl oynadı"

"Rakuv" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyununda Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə edərək növbəti raunda yüksəlib.

Newsport.az xəbər verir ki, Polşa təmsilçisinin baş məşqçisi David Şvarqa matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamı və bütün işçilərimizi təbrik edirəm. Gözəl qələbə oldu. Bu gün daha çox müdafiədə özümüzü göstərdik. Oyunun birinci yarısında bizim dözüləcək məqamlarımız oldu. Bu idman növündə dözümlü olmaq çox vacibdir. Komandam çox gözəl oynadı. Həm fiziki, həm də mental cəhətdən yaxşı idik. Komandama təşəkkürlər.

- "Qarabağ" hesabı bərabərləşdirdikdən sonra yerdə uzandınız. Gələn mövsüm istirahət üçün BOS-a gəlmək istəyərsiz? 

- Dincəlmək bizə kömək edəcəksə, əlbəttə. Niyə də yox?

- "Qarabağ"a qarşı oynamaq nə qədər çətin oldu?

- Oyunun birinci hissəsində də biz özümüzü yaxşı göstərdik. "Qarabağ" cərimə meydançasına daxil olanda da qapımızı müdafiə edə bildik. Cərimə meydançasındakı vəziyyəti kontrol altında saxladıq. Polşanın keçmiş çempionu "Lex" "Qarabağ"dan beş qol buraxmışdı. Bizdə isə bu cür olmadı.

- Oyunun ikinci hissəsində futbolçularınız vaxtı uzadırdı. Bu, sizin tapşırığınız idi?

- Sizi bizim paltardəyişmə otağına dəvət edirəm. Görəcəksiz, necə yorğundurlar. Çox çalışdılar. Təbii ki, strategiya, tapşrııq deyildi. Hava şəraitini, rütubəti nəzarəti alaraq oyun bizim üçün bir qədər çətin oldu.

- "Qarabağ"ın bu oyundakı məğlubiyyətinin səbəbini nədə görürsüz?

- Bizim komandamızın bu səviyyədə olması bundan əvvəlki məşqçimiz Papşunun əziyyətləri və səyləri nəticəsində olub. O, bu komanda ilə çox çalışdı. "Rakov"un əsaslarını qoydu ki, komanda bu səviyyədə oynaya bildi. Eyni qüvvəli komandalar görüşəndə, bəzən məhz detallara görə bu cür nəticələr əldə edilir. Bizim oyunçumuz Tudoru da qeyd etmək istəyərdim. Onun səyləri nəticəsində bu istədiyimiz nəticəni qazandıq.

- "Qarabağ" "Visla", "Piast", "Lex" və "Legiya"nı mübarizədən kənarlaşdıra bilmişdi. Siz isə ilk dəfə Polşa klubunun baş məşqçisi kimi "Qarabağ"ı mübarizədən kənarlaşdırdınız. Hansı hissləri keçirirsiz?

- Nə vaxtsa belə olmalıydı, nə vaxtsa Polşa klubu "Qarabağ"ı udmalıydı. Şadam ki, qalib biz olduq. Bu, o demək deyil ki, "Qarabağ" zəifdir. Onlar güclü və təcrübəli komandadır. Ümidvaram ki, hər şey yaxşı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right