Qurban Qurbanovun jurnalistlərlə görüşünün vaxtı açıqlandı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Rakuv" oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Newsport.az-ın məlumatına görə, "atlılar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 1-i saat 17:15-də “Azersun Arena”da baş tutacaq. 17:45-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı 18:30-da, açıq məşqi isə 19:00-dа Bakı Olimpiya Stadionunda reallaşacaq.

"Qarabağ" - "Rakuv" oyunu avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Komandalar arasında Polşada baş tutan matç "Rakuv"un qələbəsiylə başa çatıb - 3:2.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right