"Qarabağ" azarkeşlərə çağırış etdi: "Yolunuzu gözləyirik"

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Polşanın "Rakuv" klubunu qəbul edəcək.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi YouTube kanalında paylaşım edərək, azarkeşləri matça çağırıb:

“Əziz azarkeşlərimiz!

“Rakuv”la Bakı Olimpiya Stadionunda keçirəcəyimiz oyunda yolunuzu gözləyirik!

Milyonlarla ürək yenə eyni döyünəcək!

Sizin dəstəyinizlə bu dəfə də bacaracağımıza inanırıq!

Biz birlikdə “Qarabağ”ıq!”

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma avqustun 2-də saat 20:00-da baş tutacaq. Komandalar arasındakı ilk oyun Çestexova təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right