"Qarabağ"da daha bir itki

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

Newsport.az-ın məlumatına görə, cinah müdafiəçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən Polşa "Rakov"u ilə ilk oyunda sıradan çıxıb. Əzələsi dartlan 22 yaşlı müdafiəçi 70-ci dəqiqədə Maksim Medvedevlə əvəzlənib.

Onun durumu tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək.

Xatırladaq ki, "Qarabağ"ın digər cinah müdafiəçisi Marko Veşoviç də zədəlidir. O, ən azı 3-4 həftə meydana çıxa bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right