"Qarabağ"ın qələbəsi Azərbaycanın xal ehtiyatını artırdı

"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin "Linkoln" klubunu 4:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu qələbə sayəsində Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Böyükhesablı qələbə ölkəmizin ehtiyatına 0,250 xal yazdırıb. Hazırda Azərbaycanın aktivində 14,750 xal var.

Azərbaycan UEFA reytinqində 29-cu sırada qərarlaşıb. 28-ci pillədə olan Slovakiya 14,625 xala malikdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right