"Cəbrayıl" 6 qolla qalib gəldi

Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün "Cəbrayıl" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Cəbrayıl" çempionatın lideridir. 4 xalı olan "Şəfa" isə 12-ci yerdədir.

"Şəfa" - "Cəbrayıl" 2:6

Qollar: Elşən Mirzəzadə, 44, Emil Valehov, 65 - Mehman Süleymanlı, 14, Nurlan Quliyev, 22, 26, Baxşəli Baxşəliyev, 42, Ağabəkir Həşimli, 63, Məhərrəm Orucov, 90+1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right