Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, bu gün "Lerik" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma cənub bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 10-a yüksəldən "Lerik" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 3 xalı olan "Şəmkir" isə 13-cü yerdədir.
"Lerik" - "Şəmkir" 3:2
Qollar: Qədir Həsənov, 22, Kamran Abdullazadə, 45+1, 47 - Elgün Namazov, 32, 54