"Zaqatala" Bakıdan xalsız qayıdır

Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" "Neftçi Futbol Mərkəzi"ndə "Zaqatala"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Qaradağ Lökbatan" zirvəni ələ keçirib. 3 xalı olan "Zaqatala" isə 8-ci yerdədir.

"Qaradağ Lökbatan" - "Zaqatala" 2:1

Qollar: Urfan İsmayılov, 54, Mehdi Tahirov, 81 - Uoren Lloyd, 45+2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right