"Neftçi"nin futbolçusundan baş məşqçiyə hörmətsizlik

Azərbaycan Kubokunun "Qəbələ" ilə final matçının əsas vaxtının son dəqiqələrində "Neftçi"nin futbolçusu Eddi İsrafilovla baş məşqçi Laurentsiu Regekampf arasında xoş olmayan hadisə yaşanıb.

Newsport.az xəbər verir ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində Fərid Yusifli ilə əvəzlənən 30 yaşlı yarımmüdafiəçi bundan məmnun olmayıb. Eddi baş məşqçiyə çiyni ilə toxunaraq ona etirazını bildirib.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" görüşünün əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Əlavə vaxtda fərqlənən əyalət təmsilçisi ölkə kubokunu başı üzərinə qaldırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right