Millimizin iki oyununun stadionu açıqlandı

Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Qazaxıstan yığmasının ev oyunlarını keçirəcəyi stadionun adı açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunlar paytaxt Nur-Sultandakı "Astana Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, yığmamızın Millətlər Liqasında ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.

UEFA-nın məlumatına görə, millimizin ilk ev oyununun məkanı da bəlli olub. İyunun 10-da Slovakiyaya qarşı Bakıda keçiriləcək görüş "Dalğa Arena"da baş tutacaq. Matç 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right