Azərbaycanın bu mövsüm UEFA reytinqində yekun mövqeyi

Azərbaycan 2023/24 mövsümü futbol üzrə avrokuboklarla iştirakını başa vurub.

Newsport.az xəbər verir ki, bu mövsüm 4 klubla mübarizəyə başlayan ("Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ") ölkəmiz hazırkı mövsümü UEFA-nın əmsallar siyahısında 27-ci yerdə tamamlayıb. Azərbaycan yarışa 29-cu pillədə başlamışdı və mövsüm ərzində Slovakiya ilə Rusiyanı (yarışlarda iştirak etmir) ötərək 2 pillə irəliləyişə nail ola bilmişdi.  

Bu mövsüm klublarımızın topladığı ümumi xal 5,875 olub. Son 5 mövsümün nəticəsinə əsasən isə xal 20,125-ə qalxıb. Azərbaycandan bir pillə öndə - 26-cı Bolqarıstan qərarlaşıb (20,375 xal). 25-ci yerdəki Rumıniyanın 21,375 xalı var. 

Reytinqə əvvəlkitək İngiltərə (103,178) başçılıq edir. İspaniya 2-ci (87,864), İtaliya 3-cü (86,998), Almaniya 4-cü (83,624), Fransa isə 5-cidir (65,331).   

Xatırladaq ki, Azərbaycanın bu mövsüm UEFA yarışlarında sonuncu təmsilçisi "Qarabağ" "Bayer"lə matçlardan sonra (2:2, 2:3) Avropa Liqasının 1/8 final mərhələsində çıxışını dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right