"Neftçi"nin legioneri millisinin düşərgəsinə yollanmayacaq

"Neftçi"nin legioner futbolçusu Alfa Konte şərəfini qoruduğu Syerra Leone millisinin düşərgəsinə yollanmayacaq.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb yığmanın oyunlarının ləğv olunmasıdır.

Syerra Leone millisi martın 22-də və 25-də Sudan və Botsvana ilə yoldaşlıq görüşləri keçirməli olsa da, hər iki komanda sözügedən matçlardan imtina edib.

Qeyd edək ki, Alfa Konte "Neftçi"yə bu ilin əvvəlində Bolqarıstanın "Lokomotiv" klubundan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right