“Neftçi” azarkeşlərindən klub rəhbərliyinə etiraz

Ötən gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzan “Neftçi”nin azarkeşləri klub rəhbərliyinə etiraz edib.
 
Newsport.az xəbər verir ki, “ağ qaralar”ın fanatları komandanın bazasının önünə gedərək nəticələrdən narazılıqlarını ifadə ediblər.
 
Tərəfdarlar tez-tez baş məşqçi dəyişən, Premyer Liqada uğursuz mövsüm keçirən klubun rəhbərliyindən müsbət nəticələr qazanmasını istəyiblər.  
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right