"Qarabağ" Belarusda 1/4 finala yüksəldi

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 beynəlxalq turnir qrup mərhələsində son matçına çıxıb.

Komanda III turda Belarusun BATE klubu ilə görüşüb. Oyun 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.

İlk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi qrup mərhələsini 7 xalla başa vurub. “Qarabağ” B qrupunda 1-ci yeri tutub. U-15 bununla da 1/4 finala yüksəlib.

Qeyd edək ki, növbəti mərhələnin matçları sabah keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right