“Neftçi” legioneri zədəsini sağaltdı

“Neftçi”də bir futbolçu sıraya dönüb. Newsport.az xəbər verir ki, vinger Kilan Lebon zədəsini sağaldıb.

Fransalı futbolçu artıq kollektivlə birgə məşqlərdə iştirak edir. Ancaq qapıçı İvan Brkiç hələ də müalicə alır. Onun nə vaxt məşqlərə başlayacağı bir həftə sonra keçiriləcək müayinədən sonra bilinəcək.

Digər qapıçı Emil Balayev və Asiya Kubokunda zədələnən fələstinli yarımmüdafiəçi Ataa Caber isə müalicə və reabilitasiyanı davam etdirir.

Qeyd edək ki, “Neftçi” sabah Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right