"Qarabağ"ı Braqaya uzun və yorucu yolçuluq gözləyir

Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib. İndidən Ağdam təmsilçisini uzun və yorucu yolçuluğun gözlədiyini söyləmək olar.

Newsport.az-ın məlumatına görə, son Azərbaycan çempionu oyundan 2 gün əvvəl Portuqaliyaya gedəcək. "Qarabağ" Bakıdan çarter reysi ilə fevralın 13-ü saat 17:00-da yola düşəcək və saat 23:50-də (Portuqaliya vaxtı ilə saat 20:00) Portu şəhərinə eniş edəcək. Qeyd edək ki, Portuqaliya ilə Azərbaycan arasında 4 saatlıq zaman fərqi var.

Komandanın əvvəlcə oyunun keçiriləcəyi Braqaya deyil, Portuqaya getməsi isə səbəbsiz deyil. 

Məsələ burasındadır ki, Braqa şəhərinin hava limanı beynəlxalq reysləri qəbul edə bilmir. Odur ki, "Qarabağ" əvvəlcə məhz Portuya getməli olacaq. Portudan isə komanda avtobusla Braqa şəhərinə yola düşəcək. Bu isə 1 saatlıq vaxt deməkdir. 

Beləliklə, "Qarabağ" Braqaya çatmaq üçün təyyarə ilə 6 saat 50 dəqiqə, avtobusla 1 saatlıq vaxt sərf edəcək. Yəni təkcə yol getməyə sərf olunan vaxt ən azı 7 saat 50 dəqiqə çəkəcək. 

Oyundan bir gün əvvəl isə "Qarabağ" matçın keçiriləcəyi "Eştadio Munisipal de Braqa" stadionunda məşqə çıxacaq. Məşqdən əvvəl Qurban Qurbanovun mətbuat konfransı olacaq.

"Braqa" - "Qarabağ" oyunu fevralın 15-i yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə gecə 00:00-da) başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right