Qurban Qurbanov da səs verdi

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

Newsport.az "Azərtac" Dövlət Agentliyinə istinadən xəbər verir ki, səs verənlər arasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da olub.

Tanınmış mütəxəssis 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsinə gələrək öz namizədinə səs verib.

Q.Qurbanov daha sonra öz təəssüratlarını "Azərtac"la bölüşüb: "Bu anı uzun zamandır gözləyirdik. Öz seçimimi etdim. Buraya gəlib səs verən hər kəs çox istəklidir, onların Vətənə sevgisi hiss olunur. Mən də bu ölkənin bir vətəndaşı kimi sevə-sevə öz səsimi verdim".

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right