Minifutbol üzrə Azərbacan çempionatı: “Zirə” son çempionu məğlub edib

Minifutbol üzrə Azərbacan çempionatında IX tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk gündə 4 oyun keçirilib.

Turun mərkəzi matçında “Zirə” ilə “Birbaşa Bakı” üz-üzə gəliblər. İtkisiz irəliləyən “Zirə”ni son çempion da büdrədə bilməyib. Rəqibini 4:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 27-yə yüksəldərək, liderliyini bir qədər də möhkəmlədib.

“Real Bakı” üzərində qələbə qazanan “Odlar Yurdu” 21 xalla “Birbaşa Bakı” ilə 2-3-cü yerləri bölüşdürür.

Azərbaycan çempionatı

IX tur

“Veteran” – “Aznur” 4:8

“Real Bakı” – “Odlar Yurdu” 3:6

“Zirə” – “Birbaşa Bakı” 4:1

“Siyəzən” – “Turan” 2:3

Qeyd edək ki, turun digər görüşləri bu gün keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right