"Ferentsvaroş" "Qarabağ"ın legionerinə yenidən təklif göndərdi

"Qarabağ"ın futbolçusu Julio Romao "Ferentsvaroş"dan yenidən təkif alıb.

Newsport.az saytına verilən məlumata görə, Macarıstan çempionunun bu dəfəki təklifi əvvəlki təkliflərdən qat-qat yüksək olub.

Onun həm özünə yüksək maaş, həm də onun keçidi üçün “Qarabağ”a yaxşı pul ödəniləcəyi özünə vəd edilib.

Amma istənilən halda, Romaonun qışda “Qarabağ”dan getməyəcəyi qarşı tərəfə bildirilib.

Ən yaxşı halda, “Ferentsvaroş” braziliyalını yayda transfer edəcək. Amma bu dəfə həm Romaoya, həm də "Qarabağ"a daha yüksək məbləğ ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right