"Qəbələ"nin futbolçusu qol vurdu, Salah sevinməyə imkan vermədi

“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik millisinin heyətində Afrika Millətlər Kubokunda meydana çıxıb.

Newsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin komandası 1-ci turda Misirlə görüşüb və oyun 2:2 hesabı ilə başa çatıb.

İkinci hissədə meydana daxil olan Bauk 58-ci dəqiqədə Mozambikin ikinci qolunu vurub. Amma Mohammad Salah 90+7-ci dəqiqədə penaltidən fərqlənərək Mozambik millisinin qələbəsinə imkan verməyib.

Qeyd edək ki, B qrupunda Mozambik və Misirlə yanaşı, Kabo-Verde və Qana yığmaları da yer alır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right