Həmrəylik Gününə həsr olunmuş futbol turniri keçirilir

Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş futbol turniri başlayıb. 
 
Newsport.az xəbər verir ki, yarış Gənclər və İdman nazirliyinin və İxtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatları məktəbinin dəstəyi ilə keçirilir. Çempionat 2014-2015-ci il təvəllüdlü uşaqlar arasında baş tutacaq.
 
Turnirdə "Xəzər Bakı" , "Neftçi" " Səbail" , "Sumqayıt" , ROFM, "Ulduz" , "Amasiya" və "Zəngəzur" komandaları iştirak edir.
 
Final oyunu dekabrın 30-da keçiriləcək.
 
Qeyd edək ki, qarşılaşmalar "Amasya" idman kompleksində keçirilir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right