Neymar poker oyununda 66 min dollar qazanıb

Braziliya millisinin futbolçusu Neymar növbəti dəfə onlayn poker oynayıb. Newsport.az xəbər verir ki, hücumçu “PokerStars Titans” tədbirində ikinci olub.
 
“Əl-Hilal”ın forvardı 5200 dollar giriş haqqı ödəyib və ikinci yeri tutaraq, 66 min dollarlıq qazanc əldə edib. Turnirdə ümumilikdə 59 pokerçi çıxış edib. Birinci yeri litvalı Dominikas Mikensonas tutub və 91 min dollardan çox pul qazanıb.
 
Qeyd edək ki, Neymar hazırda çarpaz bağ və menisk zədəsindən əziyyət çəkir. O, bu səbəbdən bir neçə ay futboldan uzaq düşəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right