"Çelsi" "Arsenal"lını transfer etmək istəyir

İngiltərənin "Çelsi" klubu heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, Robert Sançesin performansından narazı olan "mavilər" ona alternativ axtarışına çıxıb.

"Çelsi"nin əsas hədəfi "Arsenal"da çıxış edən Eron Ramzdeyldir. Bu barədə yerli media məlumat yayıb. Son vaxtlar az forma şansı qazanan 25 yaşlı qolkiper ayrılığa isti yanaşır.

"Çelsi"nin İngiltərə millisinin üzvünün keçidini qış transfer pəncərəsi zamanı həll edəcəyi bildirilir.

Qeyd edək ki, "Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngilis qapıçı cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda qapısında 5 qol görüb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right