Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Tayfur Bingöl sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı orta xətt oyunçusu Super Liqanın 9-cu turunun "Qalatasaray"la matçında sol ayaq əzələsindən zədə alıb. Təcrübəli futbolçunun müalicəsinə başlanılıb.
Qeyd edək ki, Tayfur Bingöl cari mövsümdə "Beşiktaş"ın heyətində 4 Super Liqa matçında meydana çıxıb.