Azərbaycan millisinin sabiq müdafiəçisi Emin Ağayevin çalışdırdığı "Volqa" klubu Rusiya kubokunda növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Tver təmsilçisi 1/16 finalda "Zenit"lə üz-üzə gəlib.
Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Lakin əlavə vaxtda 3 qol vuran Peterburq təmsilçisi 1/8 finala yüksəlib. "Zenit"in heyətində Tkaçuk fərqlənib. O, 94, 106 və 112-ci dəqiqələrdə vurduğu qollarla komandasına vacib qələbə qazandırıb- 3:0.
Qeyd edək ki, Emin Ağayev bu ilin fevral ayından "Volqa" klubunu çalışdırır.