Türkiyədə növbəti baş məşqçi istefası

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az xəbər verir ki, "Konyaspor" Aleksandar Stanoyeviçlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Aleksandar Stanoyeviç bu ilin yanvar ayından "Konyaspor"u çalışdırırdı. "Ağ-yaşıllar" Super Liqada 9 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right