Musa Qurbanlı start heyətdə

Futbol üzrə İsveç çempionatında 27-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda "Hammarbü"nü qəbul edir.

Komandaların bu matçda meydana çıxacağı start heyətlər məlum olub. Musa qarşılaşmaya ilk "11-lik"də çıxacaq.

Qeyd edək ki, "Yurqorden" - "Hammarbü" görüşü Bakı vaxtilə saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right