Mahir Emreli oyuna girəndən 1 dəqiqə sonra sarı vərəqə gördü

Futbol üzrə Xorvatiya çempionatında 11-ci turun oyunları davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Qoritsa"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 63-cü dəqiqədə meydana daxil olub. O, 64-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

10 oyun keçirən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right