"Beşiktaş"ın müdafiəçisi "Qalatasaray"la matçda oynamayacaq

Türkiyənin "Beçiktaş" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Umut Meraş zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu komandanın məşqi zamanı ayaq əzələsindən zədə alıb. Təcrübəli sol cinah müdafiəçisinin müalicəsinə başlanılıb.

Umut Meraş sabah "Qalatasaray"la keçiriləcək derbi matçında iştirak etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right