"Fənərbaxça"nın baş məşqçisi Renat Dadaşovu fərqləndirdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Superliqasının 9-cu turunda "Fənərbaxça"nın qonağı olacaq.

Newsport.az xəbər verir ki, İstanbul klubunun çalışdırıcısı İsmayıl Kartal mətbuat konfransında rəqibin bəzi oyunçularını fərqləndirib ki, onların arasında Renat Dadaşov da var.

"Fənərbaxça"nın çalışdırıcısı Renat Dadaşov (2 qol), nigeriyalı yarımmüdafiəçi Fiyaso Dele-Başiru (4 qol, 3 məhsuldar ötürmə) və honduraslı yarımmüdafiəçi Riqoberto Rivasın (1 qol, 1 məhsuldar ötürmə) ölkələrinin milli komandalarında çıxış etdiyini və mövsümə yaxşı start verdiklərini bildirib.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Fənərbaxça" - "Hatayspor" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right