İsveçin “Norrçöpinq” klubunda icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Emil Robak itkin düşüb.Newsport.az xəbər verir ki, 20 yaşlı forvarddan 14 gündü xəbər yoxdu.
“Norrçöpinq” klubu və ailəsi gənc futbolçunun başına nə gəldiyini bilmirlər. Emil hara gedəcəyi ilə bağlı komanda yoldaşlarına da məlumat verməyib.
Qeyd edək ki, Robak 2020-ci ildən “Milan”da çıxış edir. Onun İsveç klubu ilə icarə müqaviləsi noyabra qədərdi.