“Yuventus”un direktoru Kristiano Cuntoli komandanın güclənmə planlarından danışıb. O, İtaliya mətbuatında müsahibəsində bir neçə vacib nüansa toxunub.
Newsport.az xəbər verir ki, Cuntoli futbolçu transferini qız seçməyə bənzədib: “Mümkün olduqca az səhv etməlisiz, amma bizdə xəta sayı çoxdur. Oyunçu tapmaq qız tapmağa bənzəyir. Onun o olduğunu düşünürsən, evə gətirirsən və yemək bişirə bilmədiyini, təmizliyi bacarmadığını, paltar ütüləmədiyini görürsən. Bir çox nüansa diqqə yetirməyiniz gərəkdir. Müqayisə apararkən, bütün kriteriyaları anlamaq, diqqətə almaq gərəkdir. Xeyli səhvlər, amma uğurlu gedişlər də var və buna görə sələflərimə minnətdaram”.
“Yuventus”dakı məlum qalmaqaldan sonra köhnə rəhbərliyi əvəz edən Cuntoli klubun Avropada əzəmətini qaytarması üçün heyətdə ciddi dəyişikliklər etmək niyyətindədir.