25 ildən sonra Zidanın göstəricisini təkrarladı

Şotlandiya ilə yoldaşlıq görüşü keçirən Fransa millisi 4:1 hesablı qələbə qazanıb. Newsport.az xəbər verir ki, “üçrənglilər”in qollarından ikisi müdafiəçi Benjamin Pavarın aktivində olub.
 
“Bavariya”nın oyunçusu hər iki halda başla fərqlənib. Maraqlıdı ki, Pavar son 25 ildə eyni oyunda başla iki qol vuran ilk fransalıdı.
 
Sonuncu dəfə 1998-ci il dünya çempionatının finalında Zinəddin Zidan Braziliya ilə qarşılaşmada bunu bacarmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right