“Barselona” üçün istisna yoxdur

Bruno Gimarayeş “Nyukasl”ı “Barselona”ya asanlıqla dəyişə bilməyəcək. Braziliyalı yarımmüdafiəçinin yeni müqaviləsində belə bir bənd yoxdur.

Newsport.az xəbər verir ki, oyunçu “Barselona”ya can atır. İngiltərə mətbuatında futbolçunun İspaniya nəhənginə rahat getməsi üçün anlaşmaya xüsusi bənd saldırdığı yazılır. Belə ki, digər klublar yox, məhz “Barselona” istəyəcəyi halda futbolçu daha ucuz satılmalıdır.

Lakin “sağsağanlar” bu xəbəri təkzib edir. İngiltərə klubu rəsmiləri heç kim üçün hər hansı istisna olmadığını bildirir. Hamı, o cümlədən “Barselona” yalnız 115 milyon avro ödəyəcəyi halda Brunonu transfer edə bilər.

Ötən ilin yayında Lion “Olimpik”indən 42 milyon avroya transfer edilmiş 25 yaşlı yarımmüdafiəçi bu ay anlaşmasının müddətini 2028-ci ilin sonunadək uzadıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right