Millimizin rəqibinin yeni çalışdırıcısı: “İnanmasaydım, bu işin altına girməzdim”

AVRO-2016-nın seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Xorvatiya yığma komandasında yeni baş məşqçinin fəaliyyətə başladığını bilirsiz.

Newsport.az saytının məlumatına görə, Niko Kovaçın istefasından sonra baş məşqçi postuna Ante Kaçiç gətirilmişdi ki, onun da təqdimatı dünənə təsadüf edib.
 
Millinin oktyabrdakı seçmə oyunlar üçün heyətinin də açıqlandığı mətbuat konfransında 61 yaşlı mütəxəssis ilk olaraq bunları deyib: "İlk növbədə federasiya rəhbərliyinə və şəxsən president Davor Şukerə mənə inandıqlarına görə təşəkkür edirəm. Çox qürurluyam. Xorvatiya millisi futboldan da böyük məhfumdur. Hazırkı futbolçu nəsli isə çox istedadlıdır. Onlar Xorvatiyanın fəxrləridir. Motivasiyam çox yüksəkdir. Millinin hədəfi isə bəllidir. Fransadakı qitə çempionatına vəsiqə qazanmalıyıq. Bütün ürəyimlə bu işi həyata keçirmək üçün çalışacam”. 
 
Çempionlar Liqasına və Avropa Liqasına komanda çıxarmış Kaçiç azarkeşlərə də səslənib: "Fransaya gedən yolun böyük hissəsi xüsusən Niko Kovaçın sayəsində artıq arxada qalıb. Azarkeşlər də rahat olsun. İnanmasaydım, bu işin altına girməzdim. Mən azarkeşləri milliyə dəstək olmağa çağırıram. Bütün Xorvatiya araxanda olanda oynamaq çox asandır. Xorvatiya futbolu daha böyük hörmət tələb edir”.
 
Mütəxəssis sonda jurnalistlərin ayrı-ayrı oyunçular barəsində verdiyi sulları cavablandırıb: "Eduardo oyunu ilə diqqətləri üzərinə çəksə, onu milliyə çağırmaqdan məmnun olacam. Pivariç "Dinamo”da mütəmadi olaraq yüksək keyfiyyətli oyun sərgiləyir. Çop "Malaqa”ya xeyir verir. Oliç Bolqarıstanla oyun üçün cəzalıdır. Mancukiç isə zədəlidir. Ümid edirəm ki, seçmə oyunlara qədər tam sağalacaq. Mən futbolçularımın düzgünlüyünə və dəyərliliyinə inanıram. Onlar Fransaya gedəcəyimizin təminatıdır”. 
 
Qeyd edək ki, Xorvatiya millisi hazırda 3-cü pillədə qərarlaşdığı H qrupunda son iki matçında Bolqarıstan (evdə) və Malta (səfərdə) milliləri ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right