Romelu Lukaku AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən oyunda Belçika millisinin yeganə qolunun müəllifi olub. Newsport.az xəbər verir ki, hesab 1:1 olarkən yarımçıq dayanan görüşdə fərqlənən hücumçu millidə 79-cu qoluna imza atıb.
Lukaku bununla Neymar (Braziliya) və Qodfri Çitalanı (Zambiya) qabaqlayaraq, millilərin heyətində ən çox qol vuran 9-cu oyunçu ünvanına yiyələnib.
Bu baxımdan rekordçu isə Kriştiano Ronaldodu. O, Portuqaliya yığmasının heyətində 127 dəfə fərqlənib.
1. Kriştiano Ronaldo (Portuqaliya) – 127 qol
2. Əli Daei (İran) - 108
3. Lionel Messi (Argentin) - 104
4. Sunil Çxetri (Hindistan) - 93
5. Moxtar Dohari (Malayziya) - 89
6. Ferens Puşkaş (Macarıstan) - 84
7-8. Əli Məbxut (BƏƏ) - 81
7-8. Robert Levandovski (Polşa) - 81
9. Romelu Lukaku (Belçika) - 79