"Real"ın və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa sol cinah müdafiəçisi mövqeyində oynamağı sevmədiyini etiraf edib. Newsport.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib:
“Mənə hər gün bu barədə sual verilir. Komandanın maraqları üçün oynayan mənəm. Əvvəllər bu mövqedə oynamağın necə olduğunu bilmirdim. Amma buna uyğunlaşdım. İstər Fransa, istərsə də "Real". Amma mənim xoşuma gəlmir. Xüsusilə bu mövqem. Məncə bunu hamı bilir. Amma orada oynamaq məcburiyyətindəym. Zövq almasamda bunu edirəm.
Mən hələ də yarımmüdafiəçiyəm. Məşqçi ilə danışdım, amma bayaq dediyim kimi, əsas komandadır. Bu vəzifəyə kimisə qoymaq lazım idi və mən komanda oyunçusu olduğum üçün orada oynamışam. Bir futbolçunun edə biləcəyi ən yaxşı şey klub və komanda üçün hər şeyini verməkdir. Həyatda həmişə istədiyinizi əldə etmirsiniz, ona görə də hər şeyin müsbət tərəflərini görməlisiniz”.