İstanbul klubunun yeni baş məşqçisi bəlli oldu

Türkiyənin "İstanbulspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisini Hakan Yakın çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Hakan Yakın son olaraq İsveçrənin "Şaffhauzen" klubunu çalışdırıb. O, "İstanbulspor"un baş məşqçisi postunda Fatih Tekkeni əvəz edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right