Almaniya II Bundesliqasında VIII tura start verilib.
Newsport.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafdiəçisi Dmitri Nazarovun komandası "Karlsrue” bu turda doğma meydanında Düsseldorf "Fortuna”sını qəbul edib. Qarşılaşmada 2 qol qeydə alınıb. Hərəyə 1 aqol vuran komandalar, xalları da eyni sayda bölüblər.
Dmitri Nazarov bu matçda start heyətində meydanda olub. Nazarov yalnız 85-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Nazarovun komandası cari mövsümə uğursuz start verib. 8 turdan sonra cəmi 7 xal toplamağı bacaran "Karlsrue” 18 komandaarasında 14-cü pillədə qərarlaşıb.