Futbolçunun 4 yaşlı oğlu vəfat etdi

"Antalyaspor"un futbolçusu Naldo Perreyranın 4 yaşlı oğlu Davi vəfat edib.

Newsport.az xəbər verir ki, uşaq keçirdiyi avtomobil qəzasından sonra 40 gündür komanda idi. 

O, sentyabrın 7-də Konyaaltıda dayısı Uolter Tilattinin sürdüyü maşının qəzaya uğraası nəticəsində yaralanmışdı. Qəzada 2 avtomobil və 1 motosiklet toqquşub. 

Təcili yardım maşınında Davinin ürəyi 2 dəfə dayansa da, tibb əməkdaşları onu həyata qaytarmağı bacarmışdılar. 

Akdeniz universitetinin nəzdindəki xəstəxanada əməliyyat olunan Davi 40 gün komada qaldıqdan sonra bugün Bakı vaxtı ilə saat 12:00 radələrində dünyasını dəyişib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right