“Real” yayda güvənəcəyi baş məşqçini indidən seçir. Madridlilər Braziliya millisinə gedəcəyi şübhə doğurmayan Karlo Ançelottini sabiq yetirmələrindən biri ilə əvəz etmək istəyir.
Newsport.az AS-a istinadla xəbər verir ki, italiyalı mütəxəssisi əvəz etməyə 3 əsas namizəd var. Onların hamısı ispandır.
2024-cü ilin yayında “Real”ın baş məşqçisi olmağa əss namizəd Xabi Alonsodur. Hazırda “Bayer”ə uğurla rəhbərlik edən çalışdırıcı özü də Madridə getməkdə maraqlıdır. Lakin onun rəqiblərinin də şansı az deyil. “Kral Klubu”nun U-19 komandasını çalışdıran Alvaro Arbeloa işi ilə diqqət çəkir. Onlardan başqa, madridlilərin əvəzedici komandasının baş məşqçisi Raul Qonsales də iddialıdır. Sabiq bombardir bu yay bir sıra təklflərdən məhz “Real”a görə imtina etdi.