Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella ölkə futbolu üçün tarixi nəticə göstərib.
Newsport.az xəbər verir ki, onun komandası ötən gecə Avro-2024-n seçmə mərhələsində Latviyanı darmadağın edib - 4:0. Bununla da yığma xallarının sayını 16-ya çatdırıb və Avro-2024-ün final mərhələsinə vəsiqə əldə edib. Montella isə Türkiyə millisini Avropa çempionatına aparan ilk əcnəbi mütəxəssis olub.
Türkiyə millisi daha əvvəl 5 dəfə qitə turnirinin əsas mərhələsinə vəsiqə qazanıb. Komanda 3 dəfə Fatih Terimin, 1 dəfə Mustafa Denizlinin, 1 dəfə Şenol Güneşin rəhbərliyi altında bunu bacarıb.
Qeyd edək ki, Montella sentyabrın 21-də Türkiyə millisinin baş məşqçisi təyin olunub.